Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirildi

0


  •         2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin rayonumuzda layiqincə qeyd edilməsi, Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq bir sıra tədbirlər həyata keçirilir.
            Dekabrın 10-da Xocalı rayon Mədəniyyət evində İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı RİHA-nın məsul işçiləri, rayonun idarə, müəssisə rəhbərləri, rayon ziyalıları və məktəblilər iştirak etdilər.
           Əvvəlcə Xocalı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil eydiyi kitab sərgisinə baxış keçirildi.
            Tədbirdə Xocalı şəhər 5 nömrəli klubun mədəni təşkilatçısı Aynurə Bilalova məruzə ilə çıxış edərək İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. 
    Sonra “Nəsimi” filminin nümayişi oldu.
            Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri İmadəddin Nəsiminin yarıcılığından qəzəllər səsləndirdilər.
            Daha sonra Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin iştirakı ilə İmadəddin Nəsiminin qəzəllərindən ibarət musiqili kompozisiya nümayiş etdirildi.
            Tədbirin sonunda çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev bildirdi ki, adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. Nəsimi öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm edən bir sənətkardır. 
            Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şerin inkişafında  öz mütərəqqi xüsusiyyətlərilə mühüm rol oynamışdır. Çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş olan istedadlı sənətkar Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoymuşdur.

    “XOCALININ SƏSİ”

    Foto Kənan Quliyevə məxsusdur




















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib57 dəfə
    İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ümumrayon tədbiri keçirildi

    Maraqlı gələ bilər
    58
    51
    60